Avropa Parlamenti: Lukaşenko legitim prezident deyil...

Belarus prezidenti Aleksandr Lukaşenkonun legitim prezident olmadığı iddia edilir.

SİA xəbər verir ki, bu barədə Avropa Parlamentinin qətnaməsində deyilir.

...Lukaşenko legitim prezident deyil. Parlament Aleksandr Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımır və Avropa Parlamentinin deputatları Svetlana Tixanovskayanın rəhbərlik etdiyi Belarus demokratik qüvvələrini dəstəklədiklərini bir daha təsdiqləyirlər, - sənəddə deyilir.

Qətnamədə həmçinin bildirilir ki, Avropa Parlamenti deputatları Belarusdakı bütün siyasi məhbusların dərhal azad edilməsini tələb edirlər.

Orada həmçinin bildirilir ki, Avropa Parlamenti Belarusda iddia edilən “repressiyaları” “qətiyyətlə pisləyir” və “Lukaşenko rejimi”nin əleyhdarları ilə həmrəylik nümayiş etdirir.

Bu arada, oktyabrın ortalarında Lukaşenko ABŞ-la "böyük sövdələşmə" elan edib.

Onun sözlərinə görə, Belarus ABŞ-la "böyük sövdələşməyə" hazırdır, Ukrayna isə öz suverenliyini qorumalıdır.

O, həmçinin qeyd edib ki, Kiyevi “Tomaqavk” raketləri ilə təchiz etmək nüvə münaqişəsi səviyyəsinə qədər eskalasiyaya səbəb ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə