...Tanınmış ukraynalı teleaparıcı və aktrisa İrina Xomenko ruslara məxsus pilotsuz uçan aparatın onun evini vurmasından danışıb.
SİA xatırladır ki, oktyabrın 22-nə keçən gecə Rusiya Kiyevə növbəti kütləvi hücum həyata keçib, nəticədə 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Ruslar İrinanın evi də daxil olmaqla, enerji infrastrukturuna və yaşayış binalarına ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edib.
..."Həqiqətən də, dron evimə dəydi və təəssüf ki, iki qonşum öldü - diri-diri yandılar. Onlar qoca idilər.
İrina bunu İnstaqram səhifəsində yazıb.
O, həmçinin əlavə edib ki, evinin hazırkı vəziyyətini hələ bilmir.
...Mənzilimdə nə olduğunu bilmirəm. Pilotsuz təyyarənin bütün hissələrini tapmadığı üçün məni hələ də içəri buraxmayıblar, - Xomenko qeyd edib.
Teleaparıcı həmçinin insanları təhlükəsizlik qaydalarına məhəl qoymağa və hər zaman həyəcan siqnallarına cavab verməyə çağırıb.
...Mən bir daha hamını hava hücumu sirenlərinə cavab verməyə çağırıram. Təhlükəsiz yerlərdə qalın, evdə yanğınsöndürən və hər zaman yaxınlıqda təcili yardım dəsti saxlayın, - İrina deyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə