Qadın zorakılığı və cinayətləri ilə bağlı cəzalar mütləq artırılmalıdır” - HÜQUQŞÜNAS AÇIQLADI
“İstənilən zorakılıq və cinayətlərlə bağlı cəzalar nə qədər ağır olsa bu halların qarşısı alınar”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, kişilər bu cür əməllərə yol verəndə düşünürlər ki, kim məni buna görə cəzalandıracaq? Cəzalandıran şəxslər özləridə bu cür əməllər törədirlər: “Yəni kişi düşünür ki, polis, hakim özüdə bu cür hadisələr törədir və mənim cəzamda yüngül olar. Heç bir səbəb kişinin qadına qarşı zorakılıq və cinayət törətməsinə əsas vermir. Bu gün ölkədə Qadın Hüquqlarını qoruyan təşkilatlar yoxdur. Ümumiyyətlə QHT-lərin fəaliyyəti formaldır. Oğlan uşaqlarına tərbiyə orta məktəbdən verilməlidir.
Onlara izah olunmalıdır ki, qadına qarşı zorakılıq və cinayət törətmək olmaz. Bunu oğlan uşağı orta məktəbdən anlamalıdır. Qadına qarşı zorakılığın və cinayətin kökündə məhz qadın dayanır. Çünki uşağa tərbiyə verən anadır. Ana övladına uşaq yaşlarından tərbiyə verməlidir ki, qadına əl qaldırmaq olmaz. Uşağa tərbiyəni ana verir və oğlan uşağının qadına qarşı davranışlarının səbəbkarı anadır. Çünki ailədə anaların, xalaların, bibilərin psixologiyası o cürdür ki, qadının heç nəyə haqqı yoxdur və qadın heç nəyə fikir bildirə bilməz. Hesab edirəm ki, mütləq qadın zorakılığı və cinayətləri ilə bağlı cəzalar artırılmalıdır. Yalnız bu halda qadın zorakılığı və cinayətləri hallarında azalma müşahidə olunacaq. Dediyim kimi bu sahədə maarifləndirmədə çox önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə