İldırım 17 yaşlı ovçunu öldürüb...

...SİA-nın məlumatına görə, “People” xəbər verir ki, Luiziana ştatında tufandan sonra 17 yaşlı ovçunun qalıqları meşədə tapılıb.

Colton Gage Honeycutt maral ovuna tək çıxıb.

...Və Honeycutt evə qayıtmayanda ailəsi narahat olub.

Xilasedicilər gənci meşədə tapıblar.

Onu ildırım vurduğu güman edilir.

Gənci xilas etmək mümkün olmayıb.

Ovçunun əmisi “Colton çətin günlər keçirdi, öz problemləri var idi, lakin o, sevilirdi və bu yer üzündə olarkən ailəsi onun üçün əlindən gələni edirdi” deyib.

Bundan əvvəl Floridada iki ovçunu ildırım vurmuşdu. Onların iti də öldürülüb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə