Ruslar avtomobillərini sırımağa adam axtarırlar, amma...

...deyəsən tapıblar?

...AvtoVAZ belaruslu avtomobil alıcıları üçün güzəştli kreditlərin tətbiqini təklif edib. Bu barədə şirkətin baş direktoru Maksim Sokolov Rusiya Dövlət Şurasının “Beynəlxalq əməkdaşlıq və ixrac” komissiyasının iclasında bildirib.

SİA TASS-a istinadən xəbər verir ki, tədbir "Made in Russia" forumu çərçivəsində keçirilir.

Oxşar şərtlər Rusiyadan kənarda digər alıcılar üçün nəzərdə tutulub.

Sokolovun sözlərinə görə, avtomobil ixracı Rusiyadan kənarda son istehlakçılar üçün güzəştli kreditlər hesabına dəstəklənə bilər.

Qeyd edək ki, belaruslar Lukaşenko rejiminə qarşı tətbiq edilən sanksiyalara görə Qərb istehsalı olan avtomobilləri idxal edə bilmirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə