Dərman zəhərlənmələri hansı halda ola bilər? - HƏKİM MÜNASİBƏT BİLDİRDİ
"Dərmandan zəhərlənmə halları ən çox doza həddinin aşılması zamanı rast gəlinir. Bu da özbaşına, həkim nəzarəti və təyinatı olmadan hər hansı dərman vasitəsinin içilməsi ilə baş verir". Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, ən çox antibiotiklər, ağrı kəsici və hərarət salıcı dərmanlarla zəhərlənmə halları baş verir ki, bunun səbəbi valideynin hərarəti düşməyən uşağa daha yaxşı təsir etsin deyə dərmanı çox verməsi və ya eyni tərkibli dərmanın müxtəlif formalarının (şam,sirop,tablet) eyni zamanda verilməsi ilə baş verir: "Uşaqlar üçün olan dərmanlara qəbulu asan olsun deyə dadlandırıcı maddələr qatılır ki, bu zaman nəzarətsiz qalan uşaqlar özbaşına bu dərmanı qəbul edir. Məsələn, ən çox istifadə olunan, hərarət salmaq məqsədi ilə istifadə olunan "parasetamol" tərkibli dərmanın doza həddinin aşılması səbəbi ilə qaraciyər çatışmazlığı baş verə bilər.
Uşaqlar eyni zamanda evdə valideynlərinin, nənə babalarının dərmanlarını nəzarətsiz içə bilərlər.
Bütün bunları nəzərə alaraq dərmanlar mütləq uşaqların əli çatmayan yerdə saxlanılmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB