Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər.
SİA xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil: “Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problemin səbəbi COVİD-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə bağlı yaranıb”.
Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB