Mərkəzi Gömrük Hospitalının rezidentəri ATUREK-11 konfransında çıxış ediblər
Aprelin 25-də Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-təcrübi konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Bundan sonra Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı, eləcə də onun mənalı ömrünün müxtəlif məqamlarından bəhs edən video-çarx nümayiş olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın rəsmi hissəsində Mərkəzi Gömrük Hospitalında Anesteziologiya-reanimatologiya ixtisası üzrə təhsil alan Antiqua və Barbudadan olan əcnəbi rezident Drickesha Aska ATU-da onların təhsil alması üçün hər cür şərait yaradıldığını və ölkəmizin insanlarının qonaqpərvərliyini Azərbaycan dilində ifadə edib.
Rəsmi hissədən sonra konfrans panel iclasında Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rezidenti Güllüxanım Rəhimova təqdimatla çıxış edib. Tədbirin sonunda məruzələr münsiflər tərəfindən dəyərləndirilib və qalib rezidentlərə mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB