Uşaqlar arasında dəri xəstəlikləri nə üçün artıb? - PEDİATR AÇIQLADI

“Səpgili xəstəliklərdə artım müşahidə olunması bir çox səbəbdən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

O, sözlərinə belə davam edib: “Birincisi mövsümi infeksion xəstəliklər olan Su çiçəyi, Qızılca, Məxmərək və Əl, ayaq, ağız xəstəliyinin müşahidə olunmasıdır. Digər səbəb gigiyeniya əməl olunmasından asılı olmayaraq sıxlıq olan ailədə və mühitdə rast gəlinən qoturluqdur. Eyni zamanda bəzi istixana şəraitində yetişdirilən meyvə tərəvəzlərin yaxşı yuyulmaması səbəbi ilə üzərlərindəki kimyəvi maddələrin təsirindən yaranan allergik səpgilərdir”.

Yüksel Hüseynli qeyd edib ki, birinci qrup adətən virus mənşəli xəstəliklərin nəticəsində yaranır: “Buna da əsasən kollektiv şəraitdə yoluxurlar. Qoturluq da düzgün gigiyenaya əməl olunmayan və həmin səpgilərin daşıyıcısı olan xəstə ilə kontakdan sonra yaranır. Allergik növ səpgilərdən başqa digər səgilərin yoluxucu olma ehtimalı yüksək olduğu üçün uşaqda belə hal müşahidə etdiyimiz zaman həkimə baş vurmalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə