“Fizioterapiya tibbin ən çox müraciət olunan sahəsidir“ - FİZİOTERAPEVT DANIŞDI
“Fizioterapiya tibbin ən geniş və əhatəli sahəsidir. Bütün xəstəliklərin kəskin dövründən sonra reabilitasiya yəni ki, bərpa dövrünə ehtiyac duyulur. Hazırda bütün dünyada fizioterapiya tibbin ən çox müraciət olunan sahəsidir. Belə ki, dayaq-hərəkət sistemi xəstəlikləri, onurğa və periferik sinir sistemi xəstəlikləri, yumuşaq toxuma zədələnmələri, bağlar, əzələlərin zədələnmələri, ginekoloji xəstəliklər, burun, qulaq, boğaz, ürək xəstəlikləri, qaraciyər piylənmələri, qan qatılığı ilə əlaqədar yaranan baş və boyun ağrıları, travmalar, sınıqlar, çıxıqlar və s. müalicəsində fizioterapiyanın rolu böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova bildirib.
Onun sözlərinə görə, bu siyahını uzatmaq mümkündür: “Hər bir şəxs bilməlidir ki, xəstəlik kəskin dövrünü keçdikdən sonra tam sağalması üçün bərpa dövrünü keçməlidir. Bu isə xəstələr üçün ən rahat qəbul edilən dövrdür. Çünki fizioterapiya zamanı ağrı və diskomfort yoxdur. Ona görə də hər hansı bir xəstəliklə üzləşdikdə və kəskin dövr keçdikdən sonra həkimdən fizioterapiyaya göndəriş tələb etmək lazımdır. Bu halda siz tamamilə sağala bilərsiniz. Əks təqdirdə xəstəliyin qalıqlarını daim hiss edəcəksiniz.
Həkim-fizioterapevt isə sizə xəstəliyinizə və onun dövrünə uyğun olaraq prosedurlar təyin edəcək. Bu bəzən açıq havada yürüyüş, bəzən isə müalicəvi idman hərəkəti ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB