Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SIA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 min 65 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 480 nəfər müalicə olunaraq sağalıb. Hazırda aktiv xəstə sayı 363 nəfərdir. Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 319, bu günə qədər isə ümumilikdə 7 milyon 581 min 147 test icra olunub.
İnfeksiyadan vəfat edənlərin sayı isə 10 min 222 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB