Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Allahverdiyev 10-11 aprel 2023-cü il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin “Besan” MMC və “Boston Scientific” təşkilatları ilə əməkdaşlığı çərçivəsində Türkiyənin İstanbul şəhərində “Müasir perkutan koronar müdaxilələr” mövzusunda keçirilən təlimdə iştirak edib.
Təlimlərin nəzəri hissəsi Boston Scientific təhsil mərkəzində, praktiki hissəsi isə İstanbul Mehmet Akif Ersoy Xəstəxanasında təşkil edilib. Təlimdə İVUS, FFR və bir sıra yeni texnoloji üsullar barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB