ÜST quş qripinin ölümcül ola biləcəyini açıqladı

ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzin Çilidə bir kişidə bir neçə mutasiyaya malik quş qripi ştamının aşkar edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı kişinin müşahidə altında olduğunu bildirən səlahiyyətlilər virusdakı mutasiyalarla bağlı narahatedici açıqlamalar verib. Mütəxəssislər xəbərdarlıq ediblər ki, quş qripi virusunun mutasiyaları onu insanlar üçün daha ölümcül və yoluxucu edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, sözügedən xəstə ölü quşlar və ya yoluxmuş dəniz şirləri ilə təmas nəticəsində yoluxub.

Həmin şəxsin daha əvvəllər səhhətində heç bir problem olmadığı və bu yaxınlarda xaricə getmədiyi də bildirilib.

Çili və Amerika səhiyyə rəsmiləri quş qripi virusunda yeni mutasiyalar üzərində birlikdə çalışdıqlarını açıqlayıb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə