Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi seminarda iştirak edib
10-14 aprel tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə ÜST tərəfindən USAID-in maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Nəsimi Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıqla Bakı şəhəri Nəsimi rayonunda kiçik miqyaslı icma yönümlü səhiyyə xidməti (İYSX) tətbiqinin planlaşdırılması üçün həyata keçirilmiş seminarda iştirak edib.
Seminarda ölkədə ictimai səhiyyənin inkişafını dəstəkləmək üçün yaradılan “İctimai səhiyyə üzrə potensial qrup” və “İctimai səhiyyə üzrə koordinasiya qrupu”-nun üzvləri, yerli səhiyyə idarələrinin nümayəndələri, Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsi və müxtəlif kafedralarının müəllimləri, o cümlədən, ÜST ekspertlərindən ibarət 65 mütəxəssis iştirak edib.
Tədbirin ilk günündə iştirakçılar ən çox rast gəlinən sağlamlıq problemlərini müəyyən etmək üçün Nəsimi rayonun səhiyyə mərkəzlərinə baş çəkiblər. Əldə olunan məlumatlar əsasında seminarın növbəti günlərində 5 işçi qrupu çərçivəsində sağlamlıq problemlərinin təfərrüatlı qiymətləndirilməsi üzərində işləyərək İYSX müdaxiləsinin tətbiqi üzrə planlarını hazırlayıblar. Hazırlanmış planın iyun ayına planlaşdırılan görüşdə milli səhiyyə qurumlarına təqdim edilməsi nəzərdə tutulur.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB