Xərçəng xəstələri oruc tuta bilər? - ONKOLOQ- CƏRRAH AÇIQLADI

“Xərçəng xəstəsi oruc tuta bilər. Amma bu halda ki, özünü rahat və yaxşı hiss edir”. Bu sözləri SİA-ya açıqlamasında onkoloq-cərrah İbrahim Əsədli deyib.


Onun sözlərinə görə, ağır və terminal mərhələdə olan xəstələr oruc tuta bilməz: “Ümumiyyətlə, tibbi və dini orucluq arasında fərq var. Bu fərq ondadır ki, dini orucluq gün çıxandan gün batana kimi davam edir. Amma tibbi orucluq 1 sutka ərzində davam edir və su içmək olar”.

İbrahim Əsədli sözlərinə belə davam edib: “Eyni zamanda, tibbi orucluqda xüsusi və əks göstərişlər var. Kimya-terapiya alan xərçəng xəstələrinə oruc tutmaq təhlükəlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə