Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 830 min 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 94 nəfər müalicə olunaraq sağalıb, 10 min 212 nəfər vəfat edib. Aktiv xəstə sayı 474 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1298, bu günə qədər isə ümumilikdə 7 milyon 575 min 517 test icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB