Aprelin 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 137 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 82, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 27, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 9-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 344, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 415, ikinci mərhələ üzrə 4 milyon 880 min 400, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 467, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 62-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB