Milli Oftalmologiya Mərkəzi növbəti tibbi aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib. SİA-nın məlumatına görə, Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilən tibbi aksiya çərçivəsində 124 nəfər müayinədən keçib, 111 nəfərdə refraksiya patologiyası aşkar olunub.

Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə