Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin həkim-rezidenti Alşan Salamzadə “Uşaqlarda qarın ağrısına yanaşma” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d, rezidentlərlə koordinasiyanın təşkili üzrə məsul şəxs Dr.Aynur Səfiyeva, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov, uşaq cərrahı Toğrul Piriyev, pediatr Nigar Mirzəyeva və Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlər iştirak ediblər.
Həkim-rezident Alşan Salamzadə çıxışında uşaqlarda qarın ağrısının müxtəlif səbəbləri, patoloji simptomları, kəskin qarın ağrısı zamanı müayinə metodları, eləcə də cərrahi müalicə barədə ətraflı məlumat verib. Dr.Aynur Səfiyeva və Dr.Vüsal Cəfərov mövzu ilə bağlı qeydlərini bildiriblər. Daha sonra həkim-rezident Alşan Salamzadə tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB