“40 yaş ərəfəsində olanlar qan təzyiq dəyərlərini kontrol etməlidir” - QURUM RƏSMİSİ AÇIQLADI

“Qəfləti ürək ölümünün başlıca səbəbi ürəyin işemik xəstəliyi və kəskin miyokard infarktıdır. Bu hal əsas olaraq ürəyin tac damarlarının tıxanmasına bağlıdır. Bunun xaricində hər növ ürək çatışmazlığı, kardiomiyopatiyalar, ritm pozulmaları və ürəyin genetik xəstəlikləri qəfləti ürək ölümü ilə yaxından əlaqəlidir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev bildirib.

Onun sözlərinə görə, özəlliklə, ailəsində ürək damar mənşəli ölümlər, infarkt və insultlar olan insanların gənc yaşda həkimə müraciəti vacibdir: “Bunun xaricində huşunu itirmə, sürətli ürək döyüntüsü, sinədə ağrı və təngnəfəslik varsa, mütləq kardioloqa müraciət olunmalıdır.

Hər bir insan, özəlliklə 40 yaş ərəfəsində olanlar qandakı xolesterin səviyyələrini və qan təzyiq dəyərlərini kontrol etməlidir. Gündəlik həyatda stress faktoru və hava kirliliyi, zərərli vərdişlər, qeyri-sağlam qidalanma və hərəkətsizlik ürək damar xəstəlikləri riskini artıran faktorlar arasındadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə