Sumqayıtda “Heydər Əliyev ili” çərçivəsində qanvermə aksiyası keçirilib
Sumqayıt Regional Ədliyyə İdarəsində “HeydərƏliyev ili” çərçivəsində qan vermə aksiyası keçirilib. Sumqayıt Regional Ədliyyə İdarəsinin təşkilatçılığı, yerli ədliyyə qurumlarının və Sumqayıt bələdiyyələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində qan vermə aksiyası keçirilib.
Mərkəzi Qan Bankı tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qangötürülmüşdür. Tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliya və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Xeyriyyə aksiyasına qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qanverməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB