Gələcəkdə yaşana biləcək epidemiyaların qarşısı alınacaq?

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr gələcəkdə yaşana biləcək epidemiyaların qarşısının alınması, prosesə hazırlıq və müdaxilə mövzusundakı qlobal sazişə dair müzakirələrin necə davam edəcəyi mövzusunda razılıq əldə ediblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ÜST-dən verilən yazılı açıqlamaya görə, Hökumətlərarası Danışıqlar Orqanının (INB) beşinci iclasında pandemiya sazişi ilə bağlı fikirlər səsləndirilib.
Üzv dövlətlər 2024-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasına təqdim olunacaq saziş və danışıqların necə davam edəcəyi barədə razılığa gəliblər.
Məlumatda bildirilib ki, iclasda ölkələrin aprelin 22-dək əlavə yazılı təkliflər göndərə bilməsi və bunun digər təkliflərlə birlikdə sazişi hazırlayan qrupa təqdim ediləcək paketdə toplanması qəbul edilib.
Hökumətlərarası Danışıqlar Orqanı mayın 22-dək bütün təkliflər əsasında mətn hazırlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə