Sinir ağrılarının yaranmaması üçün nə etməli? - FİZİOTERAPEVT DANIŞDI

“Sinirlər bütün bədən boyu yayılıb və hər sinirin öz funksiyasi var. Sinirlər soyuğu sevmir. Soyuğun davamlı təsiri zamanı sinirlər soyuqlaya və iltihablaşha bilər. Bu proses lokal xarakter daşıyır. İntensiv olaraq duş qəbul edib, soyuq havaya çıxdıqda və soyuqdan qorunmadıqda, üz siniri nevriti, koxlear sinir nevriti və s. üzləşmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında həkim-fizioterapevt Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, bu isə möhkəm ağrılar və davamında isə qalıcı deffektlər verə bilər: "Ümumi olaraq da sinirlər soyuqda sıxılır və təchizat pozulur. Bu davamlı xarakter aldıqda həmin sinirlərin əhatəsində olan orqanlar zamanla öz fəaliyyətini aşağı salır. Daha sonra is qalıcı, orqanik dəyişikliklər əmələ gəlir. Bu isə hər hansı bir orqanda ömürlük deffekt, problem yaradır.
Sinir ağrıları fizioterapiyada müxtəlif metodlarla müalicə olunur. İsti vannalar, parafin, isti proseduralar, işıq müalicəsi, təchizatı yaxşılaşdırmaq üçün elektrik axınları və s. tətbiq olunur. Təbii ki, bu müalicəni həkim fizioterapevtin qəbulundan və təyinatından sonra tətbiq etmək lazımdır.

Sinir ağrılarının yaranmaması üçün isə bədəni möhkəmləndirmək, əzələləri tonusda saxlamaq, soyuqdan qorunmaq, mövsümə uyğun geyimdən istifadə etmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə