Narkotik tərkibli bitkilər aşkar edildi - FOTO

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Qədili kəndi ərazisində çəkisi 5 tondan artıq olan 7982 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...