Bakı-Qazax magistral yolunun kənarında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, magistral yolun Goranboy rayonu Nizami kəndi ərazisindən keçən hissəsində yaşı təxminən 50-55 yaşlarında olan kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB