Oğurluq edən keçmiş məhkum tutulub

Oğurluq edən keçmiş məhkum tutulub

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hökməli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baxış zamanı onun üzərindən heroin aşkar edilib.

Aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Ə.İsmayılovun ötən ilin sentyabrından cari il yanvarın 25-dək olan müddətdə rayon ərazisində 10 avtomobildən maqnitofon və akkumulyator oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə