Paytaxtda çoxmərtəbəli binada yanğın - 12 nəfər təxliyə olunub

Paytaxtda çoxmərtəbəli binada yanğın - 12 nəfər təxliyə olunub

Bakıda çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 kv.m sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə