Məhbus ölümü

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhbus ölüb. Nizami rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, müəssisədə müalicə olunan məhkum 1952-ci il təvəllüdlü Ağayev Əvəz İsgəndər oğlu ölüb. Ə. Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunub.

Qeyd edək ki, 10 il müddətinə azadlıqdan məhrum edilən məhkum kəskin böyrək çatışmazlığından müalicə olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə