Çinin mərkəzi hissəsində yerləşən Qansu vilayətində çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması 19 nəfərin ölümü, 45 nəfərin xəsarət alması ilə nəticələnib.
Hadisə Sinyan şəhərinin Yulinzi yaşayış məntəqəsində qeydə alınıb. Avtobusun şəhərdə fəaliyyət göstərən uşaq bağçalarından birinə məxsus olduğu və ölənlərdən 17-nin azyaşlı olduğu qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB