Avtomobili ilə kanala düşən şəxs tapılıb

Avtomobili ilə kanala düşən şəxs tapılıb

Bərdə rayon sakini düşdüyü ərazidən 10 km aralıda tapılsa da bu günə qədər maşın tapılmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasedici qurupu 4 gün ərzində apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ədalət Əsəgrovun suda qalmış cəsədi kanalın Qaravəlilər kəndi yaxınlığından keçən hissəsində tapılıb. Xilasedicilərin uzun sürən axtarışlarına baxmayaq hələdə "VAZ 21011" markalı avtomobil kanaldan tapılmayıb. Sudan çıxarılan meyit tibbi ekspertiziya göndəriləcək. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki , oktyabrın 22-si Bərdənin Poladlı kənd sakini 1968-ci il təvəllüdlü Ədalət Əsgərov "VAZ-21011" markalı avtomaşınla idarəetməni itirərək rayonun Mirzalıbəyli kəndi yaxınlığında Qarabağ kanalına düşüb.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə