25 noyabr 2010-cu il tarixdə Mərdəkan qəsəbəsi S.Yeseni küçəsində yaşayan Xalid Mirzəyevə məxsus həmin ünvanda yerləşən mağazadan qapını sındırmaq yolu ilə ərzaq məhsulları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ NMB və 1-ci PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini əvvəllər məhkum olunmuş Namiq Qafarov yaxalanıb. Onun yaşadığı evin həyətindən isə 485 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB