Balaxanıda yanğın olub

Balaxanıda yanğın olub

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

***

Hazırda aldığımız son məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını genişlənməyə imkan vermədən qısa müddətdə məhdudlaşdırıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Hadisə zamanı xəsarət alan olmayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə