Ağdamda traktor minaya düşüb

Ağdamda traktor minaya düşüb

Ağdamda traktor minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Sürücü "K-700" markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.

Güclü partlayış nəticəsində traktor tamamilə yararsız hala düşsə də, sürücü xəsarət almayıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisənin baş verdiyi sahəyə baxış keçirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə