Goranboyda 2 avtomobil toqquşub, iki qardaş xəsarət alıb

Goranboyda 2 avtomobil toqquşub,  iki qardaş xəsarət alıb

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.

Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə