Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb

Goranboyda 3 avtomobil toqquşub,  2 nəfər ölüb

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəza zamanı daha bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə