Sumqayıtda ev yanıb, xəsarət alan var

Sumqayıtda ev yanıb, xəsarət alan var

Sumqayıt şəhərinin Yaşıl Dərə yaşayış massivində fərdi yaşayış evində yanğın baş verib.

SİA xəbər verir ki, yanğın zamanı ev sahibi xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hadisənin təfərrüatları və yanğının başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə