Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb. "Opel" markalı avtomobilin qəfil idarəetməni itirərək aşması nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi səbəbindən kəndin qaz təchizatında fasilə yaranıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB