Gəncədə qadın evində qətlə yetirilib, oğlu şübhəli bilinir

Gəncədə qadın evində qətlə yetirilib, oğlu şübhəli bilinir

Gəncədə qətl hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Yeni Qəsəbədə qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini 1978-ci il təvəllüdlü Q. Muxtarovanı yaşadığı evdə oğlu 2002-ci il təvəllüdlü E. Mirzəyev boğaraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə