Bərdə sakinini elektrik cərəyanı vurub öldürdü

Bərdə sakinini elektrik cərəyanı vurub öldürdü

Bərdədə 54 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb. SİA Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyərkən tövlədəki elektrik naqilinin açıq hissəsinə toxunub.

Nəticədə elektrik cərəyanının vurduğu M.Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə