Salyanda ağır qəza bir nəfərin ölümünə səbəb olub

Salyanda ağır qəza bir nəfərin ölümünə səbəb olub

Salyanda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə Ələt-Astara-İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində sürətlə hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Əsədova Səlbi hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə