Bu gün Lənkəran rayonunun iki kəndinin qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, mayın 4-də saat 14:00-dan təmir işləri ilə bağlı rayonun Digah və Şiləvar kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB