Ağdamda "Jiquli" və "Opel" toqquşub, 2 nəfər vəfat edib

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib. Hərəkətdə olan VAZ 2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə