İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.
Nəticədə aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB