Kəlbəcərdə qonur ayı görünüb

Kəlbəcər rayonu nadir flora və fauna növləri ilə tanınır. Burada dağ keçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, cüyür və qartal əsas heyvan və quş növləri sırasında yer alır.

SİA-nın bölgə müxbiri xəbər verir ki, ötən gecə rayonun Zülfüqarlı kəndi ərazisində qonur ayı görünüb. Qonur ayıya sıx meşəlik və yüksək dağlıq ərazilərlə yanaşı, Tutqunçay və Tərtərçay hövzələrində də rast gəlinir.

Qonur ayının görüntülərini təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə