Goranboyda 12 yaşlı uşağı elektrik cərəyanı vurub öldürüb

Goranboy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Dəliməmmədli ərazisində, dəmiryol vağzalında baş verib. İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə