Bakı metrosunda sıxlıq yaranıb

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur.

“Bakı Metropoliteni” QSC-dən SİA-ya verilən məlumata görə, sıxlığa səbəb qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.

Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.

Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə