Bakıda avtomobillə motosiklet toqquşub

Bakıda motosikletin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Əşrəfzadə Vüqar İlqar oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə V. Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB