Masazırda 2 qadını öldürməkdə şübhəli bilinən şəxs Goranboyda yaxalandı

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mətbuatda dərc edilən məlumatlarda qeyd olunur ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə