Biləsuvarda iki avtomobil toqquşub, baba və nəvə ölüb...

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlum olub ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi "Hunday” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ 2107”də olan yaxın qohumlar - sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə