Badamdarda evlərdən 23 min manatlıq oğurluq olub

Badamdarda evlərdən 23 min manatlıq oğurluq olub.

SİA xəbər verir ki, xüsusi texniki vasitələrlə qorunan həmin evdən aprelin 6-sı saat 03:13-də Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Əraziyə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman şübhəli şəxs mənzilin 1-ci mərtəbəsinin pəncərəsindən həyətə tullanaraq qaçmağa cəhd göstərib.

Əlində kəsici-deşici alət olmasına baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxsin əvvəllər də talama cinayətləri etdiyinə görə dəfələrlə məhkum olunan 43 yaşlı Zakir Ordiyev olduğu müəyyən edilib.

Mənzilə baxış keçirilən zaman evə heç bir maddi ziyanın dəymədiyi müəyyən edilib. Hadisə yerindən isə cinayət törədən zaman evin pəncərəsini açmaq üçün istifadə etdiyi Z.Ordıyeva məxsus 1 ədəd vintaçan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ərazi üzrə müvafiq Polis Şöbəsinə təhvil verilən Z.Ordiyevin müxtəlif vaxtlarda Badamdar qəsəbəsində daha 3 evdən ümumilikdə 23 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə